Bank Of Baku

Bakıda “Səmərəli dövlət idarəçiliyi: zamanın çağırışları” mövzusunda ikigünlük beynəlxalq konfrans keçirilir

Bakıda “Səmərəli dövlət idarəçiliyi: zamanın çağırışları” mövzusunda ikigünlük beynəlxalq konfrans keçirilir
# 05 dekabr 2011 11:52 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Respublikiasının Prezidenti yanında Dövlət İodarəçilik Akademiyasının təşkilatçılığı, BMT və TİKA-nın dəstəyi ilə dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş “Səmərəli dövlət idarəçiliyi: zamanın çağırışları” mövzusunda ikigünlük beynəlxalq konfrans keçirilir. APA-nın məlumatına görə, konfransın keçirilməsində əsas məqsəd Azərbaycanda dövlət idarəçiliyi sahəsində həyata keçirilən islahatların elmi təhlili, əldə olunan uğurlar və nəticələr, həmçinin xarici ölkələrin təcrübəsinin tətbiqi imkanlarının araşdırılmasından ibarətdir.

Konfransda çıxış edən Akademiyanın rektoru Əlikram Abdullayev bildirib ki, konfrans çərçivəsində təhsil və tədqiqat mərkəzlərində dövlət qulluğu üzrə kadrların hazırlanması sahəsində təcrübə mübadiləsi aparılacaq.

Təhsil naziri Misir Mərdanov isə qeyd edib ki, ötən 20 il ərzində Azərbaycan böyük inkişaf yolu keçib: “Bunun üçün ilk növbədə ümumilli lider Heydər Əliyevin ruhuna borcluyuq. Bu siyasət hazırda prezident İlham Əliyev tərəfindən davam etdirilir. Hazırda Azərbaycanda təhsil sahəsində 16 Dövlət Proqramı həyata keçirilir. Son 10 il ərzində ölkədə bütün təhsil infrastrukturu yenidən qurulub. Hazırda Azərbaycanda 8000-dən çox xarici tələbə uğurla təhsil alır. 10 minə yaxın azərbaycanlı gənc isə təhsillərini dünyanın müxtəlif ali təhsil müəsisələrində davam etdirir”. Nazir keçirilən konfransın idarəçilklə bağlı təhsilin inkişafına da müsbət təsir edəcəyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR