Bank Of Baku

Lənkəranda qanvermə aksiyası keçirilir

Lənkəranda qanvermə aksiyası keçirilir
# 05 dekabr 2011 12:37 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Lənkəran şəhərinin Böyükbazar məscidində qanvermə aksiyası keçirilib. Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Sədi Axundzadənin APA-nın yerli bürosuna verdiyi məlumata görə, səhər saatlarından start götürən aksiyaya 100-dən çox rayon sakini qoşulub.

Respublika Mərkəzi Qan Bankının Lənkəran bölməsinin müdiri Telman Zülfüqarov bildirib ki, humanitar aksiya zamanı toplanan qan nümunələri laboratoriya müayinəsindən keçirildikdən sonra hemofiliyalı və talassemiyalı xəstələrin müalicəsinə sərf olunacaq.

Qeyd edək ki, “Qan ver-xilas et!” devizi ilə keçirilən aksiya dekabrın 6-da - Aşura günündə də davam etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR