Bank Of Baku

Şimali Kipr Türk Cümhuriyyətində “Ortaq Türk keçmişindən ortaq Türk gələcəyinə” adlı VII Uluslararası Folklor Simpoziumu keçirilib - FOTO

Şimali Kipr Türk Cümhuriyyətində “Ortaq Türk keçmişindən ortaq Türk gələcəyinə” adlı VII Uluslararası Folklor Simpoziumu keçirilib  - <font color=red>FOTO </font>
# 05 dekabr 2011 12:49 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Dekabrın 1-3-də Şimali Kipr Türk Cümhuriyyətində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutu ilə Doğu Akdeniz Universitetinin birgə təşkilsatçılığı ilə “Türk nağılları: dil, mədəniyyət və dəyərlər” mövzusunda “Ortaq Türk keçmişindən ortaq Türk gələcəyinə” adlı VII Uluslararası Folklor Simpoziumu keçirilib. İnstitutun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, simpoziumun plenar iclasında AMEA Folklor İnstitutunun direktoru Muxtar İmanov çıxış edərək, folklorun türk xalqlarının mədəniyyətində rolundan, dünya sivilizasiyasında əhəmiyyətindən və xalqların bir-birinə yaxınlaşmasında rolundan danışıb.
Simpoziumda xarici ölkələrin alimləri ilə yanaşı, AMEA Dilçilik İnstitutunun, Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Nəşriyyatının əməkdaşları da iştirak edib. Simpoziumun məqsədi türk xalqları arasındakı tarixi əlaqələri bir daha nümayiş etdirmək, Avrasiyada baş verən hadisələrin mədəniyyətimizdəki və folklorumuzdakı təsirini elmi baxımdan araşdırmaq, bu araşdırmaların nəticəsində əldə edilən yeni bilgi və nəticələri türk və dünya alimlərinin nəzərinə çatdırmaqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR