Bank Of Baku

Çaylarda mövcud vəziyyət açıqlanıb

Çaylarda mövcud vəziyyət açıqlanıb
# 05 dekabr 2011 13:01 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hazırda Lənkəran-Astara bölgəsi çaylarında sululuq ongünlük normanın 90-165, Böyük Qafqaz çaylarında 100-175, Kiçik Qafqaz çaylarında 125-135, Naxçıvan MR çaylarında isə 85-90 faizini təşkil edir.

Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 155 kubmetr/saniyə olmaqla, ongünlük normanın 99 faizini, Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 98 kubmetr/saniyə olmaqla, ongünlük normanın 128 faizini təşkil edir.

Kür çayının aşağı axınında, Surra məntəqəsində suyun səviyyəsi 566, Şirvanda 458, Salyanda 445, Bankədə 313, Araz çayının Novruzlu məntəqəsində isə 308 santimetrdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR