Bank Of Baku

Nazir 2011-2012-ci dərs ilində ümumtəhsil məktəblərində yoxlama və buraxılış imtahanlarının vaxtını açıqlayıb

Nazir 2011-2012-ci dərs ilində ümumtəhsil məktəblərində yoxlama və buraxılış imtahanlarının vaxtını açıqlayıb
# 05 dekabr 2011 14:19 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə təhsil naziri Misir Mərdanov Təhsil Nazirliyinin kollegiyasında çıxışı zamanı bildirib. Nazir qeyd edib ki, Azərbaycanın ümumtəhsil məktəblərində ümumi orta və tam orta təhsil səviyyələri üzrə yoxlama imtahanları 2012-ci ilin 28 yanvar - 15 aprel tarixlərində keçiriləcək.

Ümumtəhsil məktəblərində ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanları 2012-ci ilin iyunun 2-dən iyunun 23-dək, peşə liseylərində tam orta təhsil səviyyəsi üzrə yoxlama imtahanları fevralın 25-də, buraxılış imtahanları isə aprelin 24-də keçiriləcək. Hazırda yoxlama və buraxılış imtahanlarında istifadə ediləcək və daha çox tətbiqi bacarıqları yoxlayacaq qiymətləndirmə vasitələrinin hazırlanması və ekspertizası həyata keçirilir. Buraxılış sinif şagirdlərinin imtahanlara səmərəli hazırlaşması üçün qiymətləndirmə vasitələri Bankı təkmilləşdirilərək istifadəyə verilib.

Hazırda 2011-2012-ci dərs ilində ümumi və tam orta təhsil səviyyələri üzrə yoxlama və buraxılış imtahanlarının keçirilməsi üçün Respublika ümumtəhsil məktəblərinin IX və XI sinif şagirdlərinin məlumat bazası yaradılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR