Bank Of Baku

Bakı Dövlət Universitetində Yaponiya Mədəniyyət Mərkəzi açılacaq - FOTO

Bakı Dövlət Universitetində Yaponiya Mədəniyyət Mərkəzi açılacaq - <font color=red>FOTO</font>
# 05 dekabr 2011 16:12 (UTC +04:00)
Bakı-APA. Bu gün Bakı Dövlət Universitetində Milli Məclisin Azərbaycan-Yaponiya dostluq qrupunun sədri Abel Məhərrəmov, qrupun üzvləri Hadı Rəcəbli, Aslan Cəfərov, İmamverdi İsmayılov, Flora Qasımova, Eldar Quliyev və Əli Məsimlinin Yaponiya səfiri Susuke Vatanabe ilə görüşü keçirilib.

Universitetin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, akademik Abel Məhərrəmov görüşdə Bakı Dövlət Universitetində yapon dili üzrə mütəxəssislərin hazırlanması məsələsinə toxunub. Hazırda universitet məzunları arasında 69 nəfər belə mütəxəssis var. BDU rektoru universitetin elm sahəsində, xüsusilə nanotexnologiyalar sahəsində Yaponiya ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib. Bu il Yaponiyanın elmi mərkəzlərində Azərbaycandan daha bir neçə tələbə təhsil alacaq.

Səfir Susuke Vatanabe iki ölkə arasında əməkdaşlığın inkişafından, Azərbaycan-Yaponiya parlamentlərarası dostluq qrupunun fəaliyyətindən razı olduğunu bildirib. Bundan başqa səfir ölkəsinin Bakı Dövlət Universiteti ilə əməkdaşlıqda maraqlı olduğunu deyib və universitetdə Yaponiya Mədəniyyət Mərkəzi açmağı təklif edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR