Bank Of Baku

Bu il Azərbaycanın ali məktəblərin keçirilən qəbul imtahanlarında 1476 nəfər 600-dən yuxarı bal toplayıb

Bu il Azərbaycanın ali məktəblərin keçirilən qəbul imtahanlarında 1476 nəfər 600-dən yuxarı bal toplayıb
# 06 dekabr 2011 08:28 (UTC +04:00)
Onların 1476 nəfəri yüksək nəticə göstərərək, 600-dən yuxarı bal toplayıb. APA-nın məlumatına görə, bu barədə qəbul imtahanlarında 600-dən yuxarı nəticə göstərən gənclər barədə “Abituriyent” jurnalının 11-ci sayının təqdimatında TQDK sədri Məleykə Abbaszadə bildirib.

O qeyd edib ki, 600-dən yuxarı bal toplayan gənclərdən 957 nəfəri şəhər, 519 nəfəri rayon və kənd məktəblərinin məzunlarıdır. 600-dən yuxarı bal toplayanlar arasında mülki ali məktəblərlə yanaşı, xüsusi təyinatlı ali təhsil müəssisələrinə daxil olanlar da var. Onların sayı 15 nəfərdir. Yüksək nəticə göstərənlər I qrupda 331, II qrupda 364, III 323, IV qrupda isə 458 nəfər təşkil edib. Qəbul imtahanlarında 4 nəfər maksimal nəticə - 700 bal toplayıb. Onların hamısı 1-ci ixtisas qrupun abituriyentləridir.

TQDK sədri deyib ki, bu qəbul imtahanlarında ən yüksək nəticə göstərən 102 gəncə ölkə prezidentin sərəncamı ilə təqaüd təyin edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR