Bank Of Baku

Ali məktəblərə qəbul imtahanlarında öz vəzifələrini yüksək səviyyədə həyata keçirən 28 nəzarətçi fəxri fərmanla təltif edilib

Ali məktəblərə qəbul imtahanlarında öz vəzifələrini yüksək səviyyədə həyata keçirən 28 nəzarətçi fəxri fərmanla təltif edilib
# 06 dekabr 2011 08:41 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu il qəbul imtahanlarında bütövlükdə 5042 nəfər nəzarətçi iştirak edib. APA-nın məlumatına görə, bu barədə 2011-ci ildə ali və orta ixtisas təhsili müəssislərinə keçirilmiş qəbul imtahanlarında öz vəzifələrini yüksək səviyyədə həyata keçirən nəzarətçi müəllimlərin təltif olunması ilə əlaqədar tədbirdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirilib.

TQDK sədri deyib ki, bu prosesdə iştirak etmiş nəzarətçilərin fəaliyyəti ciddi şəkildə araşdırılıb. Bu zaman çoxsaylı meyarlar nəzərə alınıb: “TQDK-nın nəzarətçilər bazasında 44 bölgədən 7500-dən artıq nəzarətçi müəllimin adı var. Bu müəllimlər hamısı müvafiq treninqlərdən keçiblər. Bu müəllimlərin imtahanda ictimaiyyəti təmsil edirlər. Belə demək mümkündür ki, imtahanları TQDK əməkdaşları yox, ictimaiyyətin nümayəndələri idarə edirlər”.

TQDK sədri nümunəvi fəaliyyətinə görə, 636 nəzarətçiyə təşəkkül elan edib, 28 müəllimi fəxri fərmanlarla təltif edib. TQDK sədri deyib ki, indiyə qədər TQDK tərəfindən qəbul imtahanlarında nümunəvi fəaliyyət göstərən 170 nəfər təltif edilib. Həmin müəllimlərin pedaqoji fəaliyyətlərinin qiymətləndirilməsində bu amilin nəzərə alınması xahişi ilə Təhsil Nazirliyinə, müvafiq təhsil şöbələrinə və orta məktəblərə məktublar ünvanlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR