Bank Of Baku

Aşura günü ilə bağlı keçirilən qanvermə aksiyalarında indiyə kimi 1150 nəfər qan verib

Aşura günü ilə bağlı keçirilən qanvermə aksiyalarında indiyə kimi 1150 nəfər qan verib
# 06 dekabr 2011 09:45 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Aşura günü ilə bağlı Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə keçirilən könüllü qanvermə aksiyalarında saat 12.30-a kimi 1150 nəfər qan verib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qan verənlərin 750 nəfəri Bakının, 400-ü isə bölgələrin payına düşür. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.
Aksiyalar Bakı şəhərində Səhiyyə Nazirliyinin Mərkəzi Qan Bankında, “Təzəpir”, “Bibi-Heybət”, “Mir-Mövsüm Ağa”, “Qaraçuxur”, “İçərişəhər Cümə”, “Hacı Soltanəli”, Keşlə qəsəbə məscidlərində, həmçinin Sumqayıt şəhər Cümə məscidində, Gəncə şəhər İmamzadə məscidində, Lənkəran şəhər Böyükbazar məscidində, Mingəçevir şəhər Heydər məscidində, Şəki şəhər məscidində və Bərdə şəhər Cümə məscidində təşkil olunub və günün sonuna kimi davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR