Bank Of Baku

Məleykə Abbaszadə: “455 müəllimin saxta diplomla işə götürülməsi mənə çox təəccüblü gəlir, çünki bu məsələyə cavabdeh olan təşkilat elə Təhsil Nazirliyidir”

Məleykə Abbaszadə: “455 müəllimin saxta diplomla işə götürülməsi mənə çox təəccüblü gəlir, çünki bu məsələyə cavabdeh olan təşkilat elə Təhsil Nazirliyidir”
# 06 dekabr 2011 10:05 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib.

M. Abbaszadə qeyd edib ki, TQDK-ya yalnız ali məktəblərə qəbul aparır: “TQDK-nın nəzdindəki tələbə-məzun bazası 2 ildir ki, müxtəlif təşkilatlar üçün açıqdır. Ali məktəblərə qəbul olan və bitirən şəxslərlə bağlı məlumatları buradan əldə etmək olar”.

TQDK sədri deyib ki, qəbul imtahanlarında iştirak edən nəzarətçi müəllimlər arasında saxta diplomlular yoxdur: “Nəzarət bazasına hər bir müəllim haqqında məlumat daxil olanda, onun sənədləri ciddi yoxlanılır. Qəbul imtahanlarında 1990-cı illərə qədər ali məktəbi bitirən şəxslər iştirak edirlər. Çox gənc müəllimləri nəzarətçi kimi qəbul etmirik. Belə olan halda onlar demək olar ki, yaşıdlarının arasına düşürlər. Bu isə pedaqoji nöqteyi-nəzərdən düzgün deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR