Bank Of Baku

ABŞ-ın tanınmış internet mətbu orqanı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsünü yüksək qiymətləndirib

ABŞ-ın tanınmış internet mətbu orqanı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsünü yüksək qiymətləndirib
# 06 dekabr 2011 10:23 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. ABŞ-ın tanınmış internet mətbu orqanı olan “Huffington Rost”da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənc İş Adamları Şəbəkəsinin yaradılması təşəbbüsünü yüksək qiymətləndirilib. İƏT Gənclər Forumu Katibliyindən APA-ya verilən məlumata görə, “Huffington Post” portalında İƏT ölkələri - Gənc İş Adamlarının təsis qurultayının iştirakçısı olmuş, Harvard Universitetinin tədqiqatçısı Əzim İbrahimin məqaləsi dərc edilib. “Müsəlman ölkələrində gənclərin işsizlik probleminin həllində Azərbaycanın innovasion tədbirləri” adlı məqalədə müəllif Azərbaycanın iqtisadi inkişafı ilə bağlı öz təəssüratlarını bölüşüb. Tədqiqatçı prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi strategiyanın uğurlarını, bu strategiyanın ümumdaxili məhsulun artması və ölkədə yoxsulluğun azaldılması sahəsində nəticələrini xüsusi qeyd edib.

Məqalədə neft və qazla yanaşı Azərbaycan gəncliyi ölkənin vacib resurslarından biri adlandırılıb. Son illər ərzində Azərbaycan gəncliyinin inkişafı və dünya arenasında mövqelərinin möhkəmlənməsinə xidmət edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın aktiv fəaliyyətinə yüksək qiymət verilib. Müəllif o cümlədən İƏT Gənc İş Adamları Şəbəkəsinin gələcəkdə müsəlman ölkələrində gənclər arasında işsizliyin aradan qaldırılması sahəsində mühüm rol oynayacağına ümid etdiyini bildirib.

Qeyd edək ki, məqalənin tam versiyası ilə http://www.huffingtonpost.com/azeem-ibrahim/azerbaijans-innovative-so_b_1117462.html saytında tanış olmaq mümkündür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR