Bank Of Baku

Məleykə Abbaszadə: “Magistraturanın qabiliyyət tələb edən ixitisaslarına qəbul aparılmaması TQDK-dan asılı olan məsələ deyil”

Məleykə Abbaszadə: “Magistraturanın qabiliyyət tələb edən ixitisaslarına qəbul aparılmaması TQDK-dan asılı olan məsələ deyil”
# 06 dekabr 2011 11:43 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu fikirləri TQDK sədri Məleykə Abbaszadə bildirib. O deyib ki, Azərbaycan Nazirlər Kabineti yaxın 4 il üçün dövlət sifarişli yerlərin planını TQDK-ya tədim edib: “Bu siyahıda qabiliyyət tələb edən ixtisaslar üzrə magistratura yerləri yoxdur. Magistratura yalnız elmlə məşğul olan insanlar hazırlamaq üçün nəzərdə tutulub”.

TQDK sədri deyib ki, hazırda bu qərarla əlaqədar müvafiq işlər aparılır. Gələn ilin əvvəlində magistraturaya keçiriləcək qəbul imtahanları ilə əlaqədar gözlənilən dəyişikliklər elan olunacaq və bununla bağlı məlumat kitabçaları dərc ediləcək: ”Biz ali məktəbi bitirən insanların bu sahə üzrə kifayət qədər bilik topladığına əmin olsaydıq və onların diplomda olan qiymətlərini əsas götürə bilsəydik, magistraturaya imtrahanlar bir mərhələ ilə keçirilə bilərdi. Biz onların informatika, məntiqi təfəkkür, xarici dili üzrə diplomlarının qiymətlərini əsas götürüb seçim apara bilərdik. Təəssüflər olsun ki, magistraturaya II mərhələnin imtahanlarını keçirməyi daha çox ali məktəblər tələb edirlər. Onlar tələb edirlər ki, biz II mərhələdə uşaqların bilavasitə o ixtisasa aid olan biliklərinin olub-olmamasını hansısa yolla yoxlayaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR