Bank Of Baku

TQDK sədri ali məktəblərə yeni qəbul modeli ilə bağlı təkliflər hazırlayır

TQDK sədri ali məktəblərə yeni qəbul modeli ilə bağlı təkliflər hazırlayır
# 06 dekabr 2011 12:13 (UTC +04:00)
“Bakı. Kəmalə Quliyeva – APA. “Azərbaycanda 2014-cü ildən ali məktəblərə qəbul yeni model əsasında keçiriləcək. Lakin hələlik bu modelin ilkin detalları açıqlanmır”. APA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, hazırda yeni modellə bağlı TQDK təkliflərini hazırlayır: ““2011-2021 illərdə Azərbaycan təhsilinin inkişafı üzrə milli strategiya” hələlik Prezident yanında Təhsil Komissiyası tərəfindən müzakirə edilməyib. Biz istəyirik ki, bu Strategiya müzakirə edilərək qəbul edilsin. Yeni qəbul modelində nəzərdə tutulanlar Strategiyadakı müddəalarla uzlaşmalıdır”.

TQDK sədri deyib ki, Strategiya Təhsil Komissiyası tərəfindən müzakirə ediləndə TQDK da yeni qəbul modelini açıqlayacaq və bundan sonra ictimaiyyətə açıqlama veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR