Bank Of Baku

Gələn həftə ali məktəblərin bütün ixtisas qrupları üzrə “Bakalavrın məlumat kitabı” çap ediləcək

Gələn həftə ali məktəblərin bütün ixtisas qrupları üzrə “Bakalavrın məlumat kitabı” çap ediləcək
# 06 dekabr 2011 13:24 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) gələn həftə ali məktəblərin bütün ixtisas qrupları üzrə “Bakalavrın məlumat kitabı”nı çap edəcək. APA-nın məlumatına görə, bu barədə TQDK sədri Məleykə Abbaszadə məlumat verib. Onun sözlərinə görə, məlumat kitabında bütün ixtisas qrupları üzrə 2016-cı ilə qədər dövlət sifarişli plan yerləri öz əksini tapacaq: “Bu, çox vacibdir. Kimlərsə oz ovladına təhsili yalnız dövlət hesabına vermək istəyir. Təbii ki, yerlərin sayı hansı ixtisaslar üzrə azdırsa, orada müsabiqə vəziyyəti də çox olacaq”.

M. Abbaszadə məlumat kitablarında dövlət sifarişli yerlərə bu il formalaşan keçid ballarının da dərc olunacağını bildirib: “Məlumat kitablarında ötən ilin test kitabçalarının variantları, hər bir fənn üzrə qəbul proqramları və imtahana hazırlaşmaq üçün lazım olan ədəbiyyat siyahısı, hər bir qrupa aid bakalavr ixtisaslarının izahı da veriləcək. Kitabçada 2012-2013-cü ilin tələbə qəbulu kompaniyasında hansı yeniliklərin olacağı da açıqlanacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR