Bank Of Baku

AMEA-da bir sıra yeni təyinatlar olub

AMEA-da bir sıra yeni təyinatlar olub
# 06 dekabr 2011 13:52 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) bir sıra yeni təyinatlar olub. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Akademiyanın Rəyasət Heyətinin (RH) bu gün keçirilən iclasında bu barədə qərar verilib. AMEA prezidenti Mahmud Kərimov ölkə prezidentinin sərəncamı ilə AMEA-nın nəzdində Aqrar bölmənin yaradıldığını xatırladıb və akademik Qərib Məmmədovun bu bölmənin akademik-katibi təyin edildiyini bildirib.

AMEA RH qərarı ilə AMEA-nın müxbir üzvü İlham Ələkbərov AMEA Zoologiya İnstitutunun, biologiya elmləri doktoru Validə Əlizadə isə AMEA Botanika İnstitutunun direktoru vəzifəsinə təyin edilib. Xatırladaq ki, hər iki şəxs adıçəkilən institutların direktoru vəzifəsini icra edirdilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR