Bank Of Baku

“Əmək münasibətləri zamanı qarşıya çıxan hüquqpozmalar” mövzusunda dəyirmi masa keçirilib

“Əmək münasibətləri zamanı qarşıya çıxan hüquqpozmalar” mövzusunda  dəyirmi masa keçirilib
# 06 dekabr 2011 14:16 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi “Əmək münasibətləri zamanı qarşıya çıxan hüquqpozmalar” mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, tədbir hökumət qurumları ilə qeyri-hökumət təşkilatları arasında şəffaflığın artırılması məqsədilə keçirilən silsilə dəyirmi masaların davamı kimi təşkil olunub.

İctimai birliyin sədri Rəna Səfərəliyeva deyib ki, son illər müvafiq dövlət qurumları tərəfindən əmək təhlükəsizliyinin təşkili, işə götürənlərlə işçilər arasında qarşılıqlı münasibətlərin, eyni zamanda hüquq və vəzifələrin müəyyənləşdirilməsi, hüquq pozuntularına yol verən şəxslərin cəzalandırılması, o cümlədən qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində bir sıra mühüm addımlar atılıb. Bununla belə, bu istiqamətdə bir sıra narahatedici məqamlar qalmaqdadır.

Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidmətinin sosial hüquq məsələləri üzrə nəzarət şöbəsinin müdiri Tahir Musayev “İşçilərin əmək hüquqlarının qorunması sahəsində görülmüş işlər”, Neftçilərin Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı “Transmilli neft şirkətlərində işçilərin hüquqları və qanunsuz işdən çıxarılma halları”, Тacirlər və İstehsalçılar Birliyinin rəhbəri Sevgim Rəhmanov “Kiçik sahibkarların əmək hüquqpozmalarında iştirakının azaldılmasının yolları”, o cümlədən “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin icraçı direktoru Rəna Səfərəliyeva “Əmək münasibətləri zamanı qarşıya çıxan hüquq pozmalarının qarşısının alınması” mövzularında çıxış ediblər.

Qərara gəlinib ki, əmək münasibətləri sahəsində şəffaflığı və hesabatlılığı təmin etmək məqsədilə vətəndaş cəmiyyəti üzvləri tərəfindən verilən tövsiyələr toplanaraq yazılı formada müvafiq dövlət qurumuna təqdim edilsin.

Tədbirdə “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin 2011-ci ilin iyul-sentyabr ayları əhatə edən rüblük hesabatı da təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR