Bank Of Baku

Dövlət və qeyri-dövlət müəssisələrində 11 mindən yuxarı hüquq pozuntuları aşkar olunub

Dövlət və qeyri-dövlət müəssisələrində 11 mindən yuxarı hüquq pozuntuları aşkar olunub
# 06 dekabr 2011 14:55 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Dövlət və qeyri-dövlət müəssisələrində aparılan araşdırmalar nəticəsində 11 mindən yuxarı hüquq pozuntuları aşkar olunub. APA-nın məlumatına görə, bunu “Əmək münasibətləri zamanı qarşıya çıxan hüquq pozmaları” mövzusunda keçirilən tədbirdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin sosial hüquq məsələləri üzrə nəzarət şöbəsinin müdiri Tahir Musayev deyib.

T.Musayev bildirib ki, 2011-ci ilin 10 ayı ərzində xidmət 5 minə yaxın müəssisədə nəzarət işi həyata keçirilib. Hüquq pozuntuları aşkarlanan müəssisələr 441 850 manat cərimə olunub.

T.Musayev özəl müəssisələrdə işçilərin işə qəbulu və çıxarılması, məzuniyyət, ezamiyyət, həmçinin əməkhaqlarının vaxtlı-vaxtında verilməsində problemlərin qaldığını da qeyd edib: “İşimizin əksər hissəsini bu məsələlərin həlli təşkil edir. 2011-ci ilin 10 ayı ərzində 740 min manat gecikdirilmiş ödəmə müəssisələrdən alınaraq işçilərə təqdim olunub”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR