Bank Of Baku

Azərbaycanda indiyədək 1148 nəfər işinə bərpa edilib

Azərbaycanda indiyədək 1148 nəfər işinə bərpa edilib
# 06 dekabr 2011 15:24 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA-Economics. 2011-ci ilin 10 ayı ərzində müraciət edən şəxslərdən 123 nəfəri yenidən işə bərpa olunub. “APA-Economics”in məlumatına görə, bunu “Əmək münasibətləri zamanı qarşıya çıxan hüquq pozmaları” mövzusunda keçirilən tədbirdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin sosial hüquq məsələləri üzrə nəzarət şöbəsinin müdiri Tahir Musayev deyib.

T.Musayev bildirib ki, müqavilə bağlanmaması əmək münasibətləri zamanı qarşıya ciddi problemlər çıxarır: “Əsasən özəl müəssisələrdə bu problemlərlə qarşılaşmalı oluruq. Bu müqaviləni imzalamayan işçi Əmək Məcəlləsinin ona verdiyi hüquqlardan məhrum olur. Ümumiyyətlə, bu günə kimi 1148 nəfər işinə bərpa edilib və onlarla əmək müqaviləsinin bağlanması təmin olunub”.

İstehsalatda baş verən bədbəxt hadisələr zamanı ödənişlərin verilməsi sisteminə müsbət istiqamətdə dəyişiklik edildiyini də deyən T.Musayev qeyd edib ki, artıq bu proses icbari olaraq sığorta şirkətləri tərəfindən həyata keçirilir: “Prosesə nəzarəti isə Dövlət Əmək Müfəttişliyi Xidməti həyata keçirir. Bu sahədə çətinliklər çoxdur. Bəzi özəl müəssisələr bir müddətdən sonra fəaliyyətini dayandırır. Xəsarət alan adamlar üçünsə ödənişlərin verilməsinin sığorta şirkətləri tərəfindən həyata keçirilməsi müsbət haldır”.

T.Musayev deyib ki, 2011-ci ilin 10 ayı ərzində baş verən 264 bədbəxt hadisənin 240 işəgötürənin günahı üzündən baş verib və bu fakt sübuta yetirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR