Bank Of Baku

İstanbulda “İşgüzarlıq, Dəyərlər və İnkişaf” adlı İkinci İşgüzarlıq Sammiti keçirilib - FOTO

İstanbulda “İşgüzarlıq, Dəyərlər və İnkişaf” adlı İkinci İşgüzarlıq Sammiti keçirilib - <font color=red>FOTO</font>
# 07 dekabr 2011 07:19 (UTC +04:00)
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər Forumundan APA-ya verilən məlumata görə, ABŞ Prezidenti Barak Obamanın 2009-cu ildə məlum Qahirə çıxışından sonra bu layihəyə start verilib və 2010-cu ildə ABŞ hökumətinin ev sahibliyi ilə Birinci Sammit həyata keçirilib. Bir sıra dövlətlərin nazirlərinin, ABŞ vitse-prezidenti Corc Baydenin, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibi Ekmeleddin İhsanoğlunun, o cümlədən 5000-ə yaxın qonağın iştirak etdiyi Sammitdə İƏT Gənclər Forumunun təşkilatçılığı ilə Sammitin tərkib hissəsi olaraq “İnkişaf Çağırışlarına Yeni Nəsilin Cavabı: İƏT Gənc İş Adamları Şəbəkəsi (ICYEN) – İƏT ölkələrində Gənc İşgüzarlar üçün yeni platforma” başlıqlı xüsusi panel təşkil olunub. Panelin əsas mövzusu olan və İƏT Gənclər Forumunun və Azərbaycan hökumətinin təşkilatçılığı ilə 22-23 noyabr tarixlərində Bakıda keçirilmiş beynəlxalq konfransda təsis olunan İƏT Gənc İş Adamları Şəbəkəsinin təqdimatı keçirilib.
Tədbirdə, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti, İƏT Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə irəli sürülən “Dünyanı dəyişə biləcək 10 Gənc Müsəlman” adlı Beynəlxalq Mükafatın təqdimatı keçirilib. Paneldə çıxış edən İƏT Gənclər Forumunun baş katibi səfir Elşad İskəndərov, SESRTCIC, və Türkiyə Palatalar və Birjalar İttifaqını (MUSİAD Türkiyə) təmsil edən natiqlər Leyla Əliyevanın bu təşəbbüsünü yüksək dəyərləndirib, mükafatın, həmçinin adıçəkilən şəbəkənin İƏT ölkələrində gənc işgüzarlığın perspektivlərinə müsbət təsir göstərəcəyini vurğulayıblar.
Natiqlər həmçinin qeyd ediblər ki, Gənc İş Adamları Şəbəkəsi IƏT ölkələrində fəaliyyət göstərən gənc iş adamları üçün birgə platforma rolunu oynamaqla, onlar arasında biznes məlumat mübadiləsi, iqtisadiyyatın inkişafına töhfə verə biləcək biznes fəaliyyətinin stimullaşdırılmasına, o cümlədən qlobal səviyyədə innovativ ideya və təcrübə mübadiləsinin həyata keçirilməsinə imkan yaratmağı hədəfləyir.
ABŞ Prezidentinin İƏT ölkələri üzrə xüsusi nümayəndəsi olan Rəşad Hüseynin də iştirak etdiyi tədbirdə Şəbəkənin dünya işgüzarlıq strategiyasının tərkib hissəsi olması haqqında qərarın Sammitin yekun qətnaməsinə salınması təklifi dəstəklənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR