Bank Of Baku

“Məhəmmədhüseyn Şəhriyar: ədəbi təsir və əlaqələr” adlı beynəlxalq elmi konfrans keçirilib

“Məhəmmədhüseyn Şəhriyar: ədəbi təsir və əlaqələr” adlı beynəlxalq elmi konfrans keçirilib
# 07 dekabr 2011 09:03 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə dahi Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın 105 illiyinə həsr olunmuş “Məhəmmədhüseyn Şəhriyar: ədəbi təsir və əlaqələr” adlı beynəlxalq elmi konfrans keçirilir. APA-nın xəbərinə görə, konfransda Azərbaycanla yanaşı, İran və İraqdan da alimlər iştirak edir.

Konfransın açılışında çıxış edən institutun direktoru Gövhər Baxşəliyeva bildirib ki, Şəhriyar Azərbaycan, İran və Yaxın Şərq şeirində silinməz iz qoyan şairdir: ”Şəhriyar o taylı, bu taylı Azərbaycanın ən böyük şairlərindən biridir. Onun yaradıcılığı dünya şeir xəzinəsinin ən nadir incilərindən biri sayılır. Onun şeirlərinin əsas ana xəttini insanpərvərlik, vətənpərvərlik, səmimiyyət təşkil edir. Azərbaycanlılara onu xüsusi sevdirən onun anadilli şeirləridir. Şəhriyar yaradıcılığında əsas mövzulardan biri də onun ikiyə bölünmüş Azərbaycan xalqının ayrılıq nisgilini ifadə etməsidir. O, Azərbaycan ədəbiyyatında bu mövzunun əsasını qoymuş bir şairdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR