Bank Of Baku

Ötən ay Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə 121 müraciət daxil olub

Ötən ay Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə 121 müraciət daxil olub
# 07 dekabr 2011 09:09 (UTC +04:00)
Bakı-APA. Ötən ay Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə daxil olmuş 121 müraciətlə bağlı Nazirliyin mütəxəssisləri tərəfindən yerində araşdırma aparılaraq qanuna müvafiq tədbirlər görülüb. Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ağacların aşma təhlükəsinin olması ilə əlaqədar daxil olmuş 97 müraciətə dair yerində baxış keçirilərək təhlükə yaradan ağaclarla bağlı müvafiq rəy və təkliflər verilib. Ağacların kəsilməsi ilə əlaqədar daxil olmuş 13 müraciətlə bağlı araşdırma aparılarkən 3 şikayət üzrə fakt təsdiqlənib və qanuna müvafiq tədbirlər görülüb, 10 müraciət isə öz təsdiqini tapmayıb. Atmosfer havasının çirklənməsi, çirkab suların axıdılması, məişət tullantılarının qalaqlanması, səs-küy, yerin təkindən istifadə və elektromaqnit şüalanma ilə əlaqədar daxil olmuş 11 müraciətdən 2-si ilə bağlı qanuna müvafiq tədbirlər görülüb, 7 müraciət öz təsdiqini tapmayıb, 2 müraciət isə icradadır. Qeyd edək ki, ETSN-nin 24 saat fəaliyyət göstərən “Qaynar xətt”i (539-18-63, 538-13-35) vasitəsilə ölkə ərazisində ətraf mühitin mühafizəsi ilə əlaqədar ekoloji tarazlığın qorunması, ekoloji qanun pozmaları və digər ekoloji hallar barədə müraciətlər qəbul edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR