Bank Of Baku

BMT-nin baş katibi İnsan hüquqları günü münasibəti ilə müraciət edib

BMT-nin baş katibi İnsan hüquqları günü münasibəti ilə müraciət edib
# 07 dekabr 2011 09:14 (UTC +04:00)
BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, müraciətdə qeyd olunub ki, insan hüquqları istisnasız hər kəsə məxsusdur: “Lakin biz onlara hörmət edilməsini tələb etmədikcə, özümüzün və digərlərinin hüquqlarını qorumadıqca, onlardan istifadə etmədikcə bu hüquqlar on illərlə yaşı olan sənədlərin üzərində qalan söz yığını olacaq. Buna görə də İnsan Hüquqları Günündə biz Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 1948-ci ildə qəbul olunmasının ildönümünü qeyd etməkdən əlavə, bu bəyannamənin zəmanəmizdəki əhəmiyyətini bir daha dərk edirik”.
Müraciətdə qeyd olunub ki, insan hüquqlarının əhəmiyyəti bu il ərzində dəfələrlə vurğulanıb. Dünyanın hər yerində insanlar Ümumdünya Bəyannamə ilə qorunan ədalət, ləyaqət, bərabərlik, iştirak tələbləri ilə səfərbər oldular: “Bu dinc nümayişçilərin çoxu zorakılıq və repressiyalarla üzləşmələrinə baxmayaraq başladıqları işə qətiyyətlə davam etdilər. Bəzi ölkələrdə mübarizə hələ də davam edir, bəzilərində isə xalqın iradəsinin qələbəsi nəticəsində hakimiyyət ciddi güzəştlərə getmiş yaxud diktatorlar devrilib. Öz legitim haqlarının axtarışında olan bu insanların çoxu sosial media vasitəsilə bir araya gəldilər. Repressiv hökumətlərin informasiya axınına tamamilə nəzarət etdiyi günlər artıq sona çatıb. Bu gün sərbəst toplaşma və fikir azadlığı hüquqlarına hörmət etmək öhdəlikləri çərçivəsində hökumətlər tənqid və ictimai müzakirənin qarşısını almaq məqsədilə internet və sosial medianın digər formalarına çıxışa mane olmamalıdır.
Yaşadığımız dünyada hələ də çoxsaylı repressiyaların, cəzasızlığın mövcud olduğunu, hələ də bir çox insanların hüquqlarından məhrum olduğunu bilirik.
Gəlin, insan hüquqları üçün çox möhtəşəm olmuş 2011-ci ilin sonunda bu ilin nailiyyətlərindən güc alaq: yeni demokratik dəyişikliklər hərəkətə keçirilsin, müharibə cinayətləri və insanlığa qarşı cinayət törədənlərin məsuliyyətə cəlb edilməsini təmin etmək üçün yeni addımlar atılsın, insan hüquqları haqqında yeni və daimi təbliğat başlasın. Qarşımızda duran maneələrə baxdıqca insan hüquqları fəallarının cəsarətindən və Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin əbədi gücündən ilhamlanaraq, bütün mədəniyyətlər və insanların təqdir etdikləri ideallar və arzularını reallaşdırmaq üçün əlimizdən gələni edək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR