Bank Of Baku

Azərbaycanda Aşura günü keçirilən qanvermə aksiyalarında 1363.6 litr qan tədarük olunub

Azərbaycanda Aşura günü keçirilən qanvermə aksiyalarında 1363.6 litr qan tədarük olunub
# 07 dekabr 2011 09:30 (UTC +04:00)
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ümumilikdə aksiya zamanı 1363,6 litr qan tədarük olunub. Donorlardan 2329 nəfər və 931,6 litr tədarük olunan qan Bakı şəhərinin, 1080 nəfər və 432 litr tədarük olunan qan isə bölgələrin payına düşür. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.
Nazirlikdən bildiriblər ki, Aşura günü qan vermək istəyənlərin sayı ilbəil artır. 2010-cu ildə 2210 nəfər könüllü qan verib və 884 litr qan tədarük olunub.
Xatırladaq ki, qanvermə aksiyaları Bakı şəhərində Səhiyyə Nazirliyinin Mərkəzi Qan Bankında, «Təzə pir», “Bibi-Heybət”, «Mir-Mövsüm ağa», «Qaraçuxur», “İçərişəhər Cümə», “Hacı Soltanəli”, Keşlə qəsəbə məscidlərində, həmçinin Sumqayıt şəhər cümə məscidində, Gəncə şəhər İmamzadə məscidində, Lənkəran şəhər Böyükbazar məscidində, Mingəçevir şəhər Heydər məscidində, Şəki şəhər məscidində və Bərdə şəhər cümə məscidində keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR