Bank Of Baku

ABŞ-ın dəstəyi ilə 135 saylı uşaq bağçasında aparılan təmir-bərpa işlərinin yekunları ilə bağlı tədbir keçirilib

ABŞ-ın dəstəyi ilə 135 saylı uşaq bağçasında aparılan təmir-bərpa işlərinin yekunları ilə bağlı tədbir keçirilib
# 07 dekabr 2011 10:07 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. ABŞ səfirliyi və bu ölkənin “Konterpart” İcma və Humanitar Yardım Proqramı tərəfindən Bakı şəhərindəki 135 saylı uşaq bağçasında aparılan təmir-bərpa işlərinin yekunları ilə bağlı tədbir keçirilib. APA-nın xəbərinə görə, mərasimdə çıxış edən proqramın Azərbaycan nümayəndəliyinin direktoru Ziya Cəfərov görülən işlər haqqında məlumat verərək bildirib ki, təmir-bərpa işlər çərçivəsində uşaq bağçasının mətbəx və sanitar qovşağında təmir işləri aparılıb, qapı və pəncələr, divar, döşəmənin kafelləri dəyişdirilib, elektrik şəbəkəsi, su təchizatı, kanalizasiya sistemi yenisi ilə əvəzlənib. Mətbəxi isti su ilə təmin etmək üçün çən və qızdırıcı quraşdırılıb, mətbəx yeni qaz sobaları ilə təmin olunub. Qidaların saxlanması üçün anbarda da təmir işləri aparılıb.

Görülən işlərin əhəmiyyətini vurğulayan bağçanın direktoru Nərgiz Hacıyeva deyib ki, mətbəxin yenidən qurulması gigiyena şəraitini yaxşılaşdıracaq və bu, uşaqların sağlamlığına müsbət təsir göstərəcək. Direktor müəssisədə 80 uşağın tərbiyə aldığını, onlardan yarısının aztəminatlı ailələrin uşaqları olduğunu da diqqəti çatdırıb.

Tədbirdə uşaqların ifasında mahnı və şerlər də səsləndirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR