Bank Of Baku

BDU-nun nəzdində texnoparkın yaradılmasına dair Memorandum imzalanacaq - FOTOSESSİYA

BDU-nun nəzdində texnoparkın yaradılmasına dair Memorandum imzalanacaq - <font color=red>FOTOSESSİYA</font>
# 07 dekabr 2011 10:12 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bakı Dövlət Universitetində (BDU) “MDB: İnnovasiyalarda tərəfdaşlıq” mövzusunda iki günlük beynəlxalq konfrans başlayıb. APA-nın məlumatına görə, konfransın təşkilatçıları MDB-nin Nanotexnologiyalar üzrə beynəlxalq innovasiya mərkəzi, Birləşmiş Nüvə Araşdırmaları İnstitutu və BDU-dur.

BDU-nun rektoru Abel Məhərrəmov MDB məkanında innovasiya və nanotexnologiyalar sahəsində əməkdaşlığın inkişafından danışıb. O deyib ki, XXI əsr elm və təhsil ilidir: “Bu əsrin prioritet sahələri artıq ön plana çıxıb. Nanotexnologiyalar bu prioritet sahələrdən biridir. Nanotexnologiyaların inkişafı bəşəriyyətə bu günə kimi həlli mümkün olmayan problemlərin çözülməsi üçün sərhədsiz imkanlar açır. Nanotexnologilaların inkişafı yeni elmi-texnoloji inqilab hesab edilir”.

A. Məhərrəmov bildirib ki, 2005-ci ildə universitetdə Nano Araşdırmalar Mərkəzi açılıb və “Nanomaterialların kimyəvi fizikası” kafedrası yaradılıb.

Konfrans çərçivəsində BDU ilə “İnsiders” kommunikasiya şirkətlər qrupu arasında universitetin nəzdində Texnoparkın yaradılması üzrə layihənin birgə reallaşdırılmasına dair Memorandumun imzalanması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR