Bank Of Baku

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Gəncədə vətəndaşların şikayət ərizələrini araşdırıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Gəncədə vətəndaşların şikayət ərizələrini araşdırıb
# 07 dekabr 2011 10:39 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA-Economics. Bu gün əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov Gəncə şəhərində nazirliyin həmin bölgə üzrə 10 rayonundakı strukturlarının fəaliyyəti ilə bağlı şikayət ərizələri yazan vətəndaşları qəbul edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, həmin ərizələr Azərbaycan prezidentinə, Nazirlər Kabinetinə, Milli Məclisə, Ombudsman Aparatına, müxtəlif instansiyalara, həmçinin ƏƏSMN-ə ünvanlanıb.

Müraciətlərin dinlənilməsi və ərizələrin araşdırılması zamanı bir sıra əsaslı və əsassız şikayətlər üzə çıxarılıb. Qanunvericilikdən irəli gələn müvafiq qaydalar barədə vətəndaşlara izahatlar verilib. Bir sıra narazılıqların əsas səbəbinin yerli strukturların ayrı-ayrı əməkdaşları tərəfindən vətəndaşların müraciətlərinə baxılmasında səhlənkarlıq və ədalətsizlik hallarına yol verilməsi ilə bağlı olduğu müəyyənləşib. Aidiyyəti yerli strukturların əməkdaşlarının fəaliyyətinin araşdırılması, vəzifə borcunu məsuliyyətsiz şəkildə yerinə yetirən əməkdaşlarla bağlı qanunauyğun tədbirlər görülməsi barədə tapşırıq verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR