Bank Of Baku

Xəzərin Azərbaycan sektorunda quraşdırılacaq sualti seysmik stansiyalar yaxın zamanlarda ölkəyə gətiriləcək

Xəzərin Azərbaycan sektorunda quraşdırılacaq sualti seysmik stansiyalar yaxın zamanlarda ölkəyə gətiriləcək
# 07 dekabr 2011 12:40 (UTC +04:00)
Bu barədə APA-ya Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bildirib. Onun sözlərinə görə, aprel ayına qədər 3 sualtı seysmik stansiyanın quraşdırılmasına başlanacaq. Bu, MDB məkanında quraşdırılan ilk sualtı seysmik stansiyalar olacaq.

Mərkəz direktoru onu da qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında 3 seysmik stansiyanın quraşdırılması artıq başa çatıb. Ordubad, Şahbuz və Sədərək rayonlarında quraşdırılan 3 komponentli, 6 kanallı seysmik stansiyalar dekabrın 1-dən tam gücü ilə fəaliyyət göstərirlər. Hazırda Naxçıvanda ümumilikdə 4 seysmik stansiya var. Q.Yetirmişli bunun Muxtar Respublika üçün yetərli olduğunu qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR