Bank Of Baku

Azərbaycançılıq mövzusunda konfrans keçirilib

Azərbaycançılıq mövzusunda konfrans keçirilib
# 07 dekabr 2011 12:54 (UTC +04:00)
Bakı. Azər Mustafayev - APA. Bu gün “Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu” mövzusunda elmi-praktik konfrans keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən gənclər və İdman nazirinin müavini İntiqam Babayev Heydər Əliyevin azərbaycançılıq ideyasının gənclər arasında öyrənilməsi və təbliği bu gün əsas məqsədlərdən biri olduğunu deyib.

Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Vüqar Səlimov “Heydər Əliyev və azərbaycançılıq” mövzusunda çıxış edib.

Təhsil nazirinin müavini Qulu Novruzov qeyd edib ki, Heydər Əliyevin irsi, məfkurəsi lazımi səviyyədə öyrənilməlidir: “Bu məqsədlə təhsil mərkəzlərində və məktəbdənkənar müəssisələrdə müxtəlif tədbirlər keçirilib, dərsliklər, kitablar, məqalələr nəşr olunub”.

Millət vəkili Gülər Əhmədova çıxışında bildirib ki, azərbaycançılıq ideyası Azərbaycanın müstəqilliyinin əsasını təşkil edir.

Müdafiə Nazirliyinin Tərbiyəvi İşlər İdarəsinin rəis müavini Abdulla Qurbani deyib ki, azərbaycançılıq, ana dili, milli atributlar bizi vətənə bağlayan əsas amillərdir.

Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Fərid İsgəndərov, kulturoloq, professor Fuad Məmmədov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov və gənclər təşkilatlarının rəhbərləri də çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR