Bank Of Baku

Umayra Tağıyeva: “Dekabrın birinci yarısında Azərbaycan ərazisində kəskin soyuqlar və şaxtalı hava gözlənilmir”

Umayra Tağıyeva: “Dekabrın birinci yarısında Azərbaycan ərazisində kəskin soyuqlar və şaxtalı hava gözlənilmir”
# 07 dekabr 2011 13:10 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. “Hazırda Azərbaycan ərazisində havanın temperaturu normadan 1 dərəcəyədək yüksəkdir. Buna anomal hava demək olmaz, çünki bu o qədər də böyük fərq deyil. Sadəcə noyabr ayında ölkədə əsl qış havası yaşanıb, havalar anomal soyuq keçib. Ona görə də dekabrda temperaturun normaya yaxın olması belə təsəvvür yaradır ki, hava anomal isti keçir”. Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva bildirib. Onun sözlərinə görə, ölkə ərazisində yaxın 2-3 gün ərzində nisbətən sabit hava şəraiti davam edəcək: “Temperatur rejimi çoxillik normadan 1-2 dərəcə yüksək olacaq, Bakı və Abşeron yarımadasında 10-14 dərəcə intervalında dəyişəcək. Aran rayonlarında gözlənilən temperatur 9-14 dərəcədir. Dağlıq ərazilərdə isə yaxın 2 gün ərzində cənub küləyinin üstünlüyü nəticəsində günorta saatlarında müsbət temperatur rejimi müşahidə ediləcək, maksimal temperatur 8-12 dərəcə olacaq”.

U. Tağıyeva deyib ki, dekabrın 10-da hava şəraitində müəyyən dəyişiklik gözlənilir: “Bu, şimal küləyinin bir qədər güclənməsi ilə bağlı olacaq. Ayın 10-da şimal-qərb küləyinin maksimal sürəti saniyədə 15-20 metrə çatacaq. Bu, Abşeron yarımadasında temperatur rejiminə də öz təsirini göstərəcək və temperatur 6-8 dərəcə təşkil edəcək. Bəzi rayonlarda yağıntılı hava şəraiti qeydə alınacaq. Lakin dəyişiklik qısa müddətli olacaq”.

U. Tağıyevanın sözlərinə görə, dekabrın 11-i gündüz saatlarından ölkədə yenə də əsasən yağmursuz və mülayim hava şəraiti bərqərar olunacaq: “Ümumiyyətlə dekabr ayının birinci yarısında çox kəskin, soyuq və şaxtalı hava şəraiti gözlənilmir. Əsasən mülayim hava üstünlük təşkil edəcək. Ayın sonuna isə nisbətən soyuqlar proqnozlaşdırılır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR