Bank Of Baku

Bahar Muradova: “Sovet dövründən qalan əmanətlərin qaytarılması ilə bağlı qanunun hazırlanması və tətbiqi üçün ciddi problem yoxdur”

Bahar Muradova: “Sovet dövründən qalan əmanətlərin qaytarılması ilə bağlı  qanunun hazırlanması və tətbiqi üçün ciddi problem yoxdur”
# 07 dekabr 2011 13:28 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Azərbaycan vətəndaşlarının bir çoxunun gözlədiyi məsələlərdən biri də məhz sovet dövründən qalan əmanətlərin qaytarılması məsələsidir. Artıq parlament müzakirələri zamanı bu məsələyə bir aydınlıq gətirilib. Hökumətimiz bəyan edib ki, əhalinin sovet dövründən qalan əmanətlərinin qaytarılması üçün həm iradə, həm də imkan var”. APA-nın xəbərinə görə, bunu YAP-ın saytına müsahibəsində Milli Məclis sədrinin müavini Bahar Muradova deyib. B. Muradova qeyd edib ki, parlamentdəki müzakirələrdə əlaqəli şəkildə komissiya yaradılması, qanun layihəsi hazırlanması və qarşıdakı dövrdə bu məsələyə aydınlıq gətirilməsi qərarına gəlinib: “Bu fikir də səslənib ki, sözügedən qanunun hazırlanması və tətbiqi üçün ciddi problem yoxdur. Hər halda, növbəti ildə bunu gözləyək. Çünki artıq bu məsələ ilə bağlı hökumətin mövqeyi ifadə olunub”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR