Bank Of Baku

Yapon mütəxəssislər Bayıl yamacında üç sürüşmə müstəvisi aşkar ediblər

Yapon mütəxəssislər Bayıl yamacında üç sürüşmə müstəvisi aşkar ediblər
# 07 dekabr 2011 13:39 (UTC +04:00)
APA-nın məlumatına görə, hazırda onlar Bayıl yamacında apardıqları araşdırmaların nəticələrini daha dəqiq analiz etmək üçün Yaponiyaya aparıblar. Onların bu ayın ikinci yarısında yenidən Azərbaycana qayıdacaqları və araşdırmalara davam edəcəyi gözlənilir.

Araşdırmalar yekunlaşandan sonra isə Azərbaycanın bütün əlaqədar dövlət qurumlarının iştirakı ilə geniş iclas keçiriləcək.

Bayıl yamacındakı sürüşməni nəzarətdə saxlamaq üçün yapon mütəxəssislərinin təklifi ilə quyular qazılıb. Quyulara həssas ötürücülər olan avadanlıqlar qoyulub. Ərazidə baş verən dəyişikliklər monitorinq sistemi vasitəsilə hər 15 dəqiqədən bir Fövqəladə Hallar Nazirliyində yerləşən mərkəzə ötürülür.

Qeyd edək ki, bu il avqustun 18-də Bayıl yamacında yenidən sürüşmə təhlükəsi yaranıb. Təhlükə zonası “Əbədi məşəl” kompleksinin yaxınlığından “Gülüstan” sarayına doğru uzanan ərazini əhatə edir. Ərazidə kiçik çatlar əmələ gəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR