Bank Of Baku

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik Azərbaycanın sterilizasiya qurğusu alması ilə bağlı tenderin qalibini açıqlayıb

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik Azərbaycanın sterilizasiya qurğusu alması ilə bağlı tenderin qalibini açıqlayıb
# 07 dekabr 2011 14:57 (UTC +04:00)
Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov bildirib. Onun sözlərinə görə, tenderin qalibi Macarıstan şirkəti seçilib.

A. Qəribov deyib ki, ümumilikdə tenderdə 6 şirkət iştirak edib. Daha çox bal toplayan Macarıstan şirkəti qalib seçilib. İnstitut direktorunun sözlərinə görə, sterilizasiya qurğusunun alınması üzrə müqavilə dekabrın 19-dan 22-dək AEBA-nın mərkəzi qərargahı Vyanada keçiriləcək görüşdə imzalanacaq. Görüşdə A. Qəribovla yanaşı, AMEA prezidenti Mahmud Kərimov da iştirak edəcək: “Qurğunun Azərbaycana gələn ilin sonlarında gətiriləcəyi gözlənilir. O vaxta qədər isə Azərbaycanda qurğu üçün bina tikiləcək, bütün kommunikasiyalar quraşdırılacaq”.

Qeyd edək ki, Azərbaycanda sterilizasiya qurğusu üçün maliyyəni AEBA, radioaktiv izotop mənbələrinin pulunu isə Azərbaycan tərəfi ödəyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR