Bank Of Baku

Müəllif Hüquqları Agentliyinin tabeliyində Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin yaradılıb

Müəllif Hüquqları Agentliyinin tabeliyində Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin yaradılıb
# 07 dekabr 2011 15:12 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Azərbaycan Nazirlər Kabineti Müəllif Hüquqları Agentliyinin tabeliyində Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin yaradılması haqqında qərar qəbul edib. Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.

Müəllif Hüquqları Agentliyi bir ay müddətində Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin strukturu və ştat sayı barədə təkliflərini digər qurumlarla razılaşdırmaqla hökumətə təqdim etməlidir.

Əmlak Məsələləri Dövlət Komitəsi Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin fəaliyyət göstərməsi üçün müvafiq yerin ayrılması barədə təkliflərini bir ay müddətində Nazirlər Kabinetinə verməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR