Bank Of Baku

Türkiyənin Sosial Güvənlik Qurumunun nümayəndə heyəti Azərbaycanda səfərdədir

Türkiyənin Sosial Güvənlik Qurumunun nümayəndə heyəti Azərbaycanda səfərdədir
# 08 dekabr 2011 09:04 (UTC +04:00)
Bakı - APA-Economics. Türkiyənin Sosial Güvənlik Qurumunun (SGK) nümayəndə heyəti Azərbaycanda səfərdədir. Bu barədə “APA-Economics”ə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

Dekabrın 10-na kimi davam edəcək səfərdə əsas məqsəd DSMF ilə SGK arasında mövcud əlaqələrin daha da inkişaf etdirilməsi, iki ölkə arasında sosial müdafiə sahəsindəki əməkdaşlığın dərinləşdirilməsidir.

Səfər zamanı DSMF-də keçiriləcək görüşlərdə “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında” sazişin bəzi müddəaları da müzakirə olunacaq. İki ölkə arasında sosial müdafiə sahəsində əməkdaşlığı nəzərdə tutan saziş 1998-cı ildə imzalanıb. Sazişə uyğun olaraq Türkiyə və Azərbaycan dövlətlərinin vətəndaşlarının həmin ölkələrin ərazisində göstərdikləri əmək fəaliyyəti dövründə qazanmış olduqları əmək pensiyası hüquqları qarşılıqlı olaraq tanınır və pensiya təyinatında nəzərə alınır. Ötən dövr ərzində iki ölkənin sığorta-pensiya sistemində baş verən dəyişikliklər və əldə olunan müsbət nailiyyətlər Sazişin bəzi müddəalarına yenidən baxılması istiqamətində müzakirələrin aparılmasını zəruri edib.

Türkiyə nümayəndə heyəti səfər çərçivəsində DSMF-də yaradılan müasir avtomatlaşdırılmış idarəetmə sistemləri, Azərbaycanın sığorta-pensiya sistemindəki islahatlarla yaxından tanış olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR