Bank Of Baku

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası biologiya fənni üzrə yeni vəsait çap edib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası biologiya fənni üzrə yeni vəsait çap edib
# 08 dekabr 2011 09:49 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) biologiya fənni üzrə yeni dərc olunmuş vəsaitin təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən TQDK sədri Məleykə Abbaszadə bildirib ki, vəsait orta məktəblərin tədris proqramı, eləcə də ali məktəblərə qəbul proqramlarının tələblərinə uyğun hazırlanıb: “Kitabda məktəb və qəbul proqramlarından kənara çıxan bir sıra məsələlər də yer alıb. Amma vəsait qəbul imtahanına hazırlaşmaq üçün kifayət etmir. O, biliklərin möhkəmləndirilməsi məqsədilə yerinə yetirilən təkrarlanma məsələsində xüsusi əhəmiyyətlidir”.

M. Abbaszadə deyib ki, tərtibçilər vəsaiti hazırlayarkən ölkədə və təcrübədə tətbiq olunan müasir metodika və texnologiyalardan geniş istifadə ediblər: “Bu vəsait biologiya fənni üzrə əvvəl nəşr olunmuş Botanika, Zoologiya və İnsan vəsaitlərinin davamıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR