Bank Of Baku

Bakı Dövlət Universiteti ilə Yaponiya şirkəti arasında 1,5 milyon dollarlıq sənəd imzalanıb - FOTOSESSİYA

Bakı Dövlət Universiteti ilə Yaponiya şirkəti arasında 1,5 milyon dollarlıq sənəd imzalanıb - <font color=red>FOTOSESSİYA</font>
# 08 dekabr 2011 09:49 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu gün Bakı Dövlət Universiteti (BDU) ilə dünyanın aparıcı “TOKYO BOEKİ Ltd.” şirkəti ilə memorandum imzalanıb. APA-nın məlumatına görə, BDU-da keçirilən tədbirdə universitetin rektoru Abel Məhərrəmov, “TOKYO BOEKİ Ltd.” şirkətinin prezidenti Kadzuei Uçida və Yaponiyanın Azərbaycandakı səfiri Şusuke Vatanabe çıxış ediblər.

A. Məhərrəmov bildirib ki, memoranduma əsasən, tərəflər ortaq fəaliyyət çərçivəsində nanotexnologiyalar, tətbiqi fizika, elektronika, səthin fizikası, biologiya, mineral, süxur və filizlərin tərkiblərinin araşdırılması və başqa sahələrdə birgə layihələr həyat keçirəcək.
Əməkdaşlığın ilk addımı olaraq “TOKYO BOEKİ Ltd.” şirkəti universiteti “JEOL Ltd” şirkəti (Yaponiya) tərəfindən istehsal edilən JSM-7600F skanedici elektron mikroskop ilə təmin edib. Bu mikroskopda elektron optika texnologiyalarının ən son nailiyyətləri reallaşdırılıb. Bu cihaz nanostrukturların təhlili və araşdırılması üçün ideal vasitədir. Bu model ilə müxtəlif birləşmələrin nanohissəciklərini araşdırmaq və onların miqdari analizini yerinə yetirmək, nümunələr hazırlanmadan bioloji obyektləri və keçirici olmayan obyektləri də araşdırmaq mümkün olacaq.

Rektor bildirib ki, şirkətlə anlaşmaya görə, “TOKYO BOEKİ Ltd.” şirkətinə 1,5 milyon ABŞ dolları vəsait ödəyəcək.

Qeyd edək ki, “TOKYO BOEKİ Ltd.” şirkətinin illik dövriyyəsi 1 milyard ABŞ dollarından çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR