Bank Of Baku

Amerika-Azərbaycan Ticarət Palatasında fövqəladə hallar naziri Kəmaləddin Heydərovla görüş keçirilib - FOTOSESSİYA

Amerika-Azərbaycan Ticarət Palatasında fövqəladə hallar naziri Kəmaləddin Heydərovla görüş keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 08 dekabr 2011 10:35 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, görüşdə çıxış edən K.Heydərov başçılıq etdiyi nazirliyin yaradılması, funksiyaları, strukturu, fövqəladə hallar və təbii fəlakətlər zamanı xilasetmə işlərinin yüksək səviyyədə aparılması üçün görülən işlər barədə məlumat verib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda istənilən təbii fəlakət və ya texnogen qəza zamanı yüksək səviyyədə xilasetmə işləri görmək üçün peşəkar strukturlar formalaşdırılıb, Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasetmə strukturlarının maddi-texniki bazasının yaradılması üçün ən müasir avadanlıqlar alınıb: “Bu işlər indi də davam etdirilir, mütəxəssislərimiz xarici ölkələrdə təlimlər keçir. Nəticədə nazirliyin strukturları təkcə Azərbaycanda yox, qonşu ölkələrdə də baş verə biləcək təbii fəlakət və ya texnogen qəza hallarında xilasetmə işləri aparmağa qadirdir”.

Nazir həmçinin qeyd edib ki, FHN-in strukturlarının maddi-texniki bazasının qurulması və təlimlər keçirilməsi üçün ABŞ şirkətləri və strukturları ilə yaxından əməkdaşlıq edilir.

İşgüzar nahar formatında keçirilən görüşdə Azərbaycanda sahibkarlığın inkişafına göstərilən dövlət qayğısından söz açılıb, “Kempenski Badamdar” hotelinin və “Norm” Sement Zavodunun təqdimatları keçirilib.

Qeyd edək ki, AATP tərəfindən işgüzar nahar formatında keçirilən görüşlər palata üzvləri ilə dövlət orqanları arasında ünsiyyət yaratmaq üçün hər ay keçirilən ənənəvi tədbirdir. Bu tədbirlərin keçirilməsinə AATP yarandığı vaxtdan - 1996-cı ildən başlanıb. Palatanın yerli və xarici şirkətləri təmsil edən 240 üzvü var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR