Bank Of Baku

Nuridə Atəşinin “Qafqaz amazonları: miflər arxasında gerçək tarix” kitabının təqdimatı olub

Nuridə Atəşinin “Qafqaz amazonları: miflər arxasında gerçək tarix” kitabının təqdimatı olub
# 08 dekabr 2011 11:51 (UTC +04:00)
APA-nın məlumatına görə, mərasimdə çıxış edən Nuridə Atəşi tədqiqata 15 əvvəl başladığını deyib. Onun sözlərinə görə, bu tədqiqat əsərində Avropada amazonlarla bağlı indiyə qədər səslənən fikirlərin puç olduğu ortaya qoyulub: “Bu günə qədər amazonların yunan mifologiyası olduğu haqda əsərlər yazılırdısa, apardığım araşdırmalar və Avropada təqdim etdiyim bu əsər sayəsində ən qədim döyüşçü qadının vətəninin Azərbaycan olduğunu sübut edə bildim. Bu, eramızdan əvvəl ikinci minilliyə aid Naxçıvanın Plovdağ bölgəsində olan döyüşçü qadının qəbridir”.

N. Atəşi Qafqaz amazonları sərgisinin, muzeyinin təşkili, bu mövzuda beynəlxalq elmi konfransın keçirilməsi, sənədli və bədii filmin çəkilməsi təklifi ilə çıxış edib.

Tədbirdə AMEA-nın birinci vitse-prezidenti Arif Həşimov, Milli Məclisin deputatı Gülər Əhmədova, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, tarixçi-alimlər çıxışlarında N. Atəşinin tarixi etnoqrafik istiqamətdə araşdırmalarını müsbət qiymətləndirib, bu mövzunun qədim Azərbaycan tarixinin araşdırmalı olduğu istiqaməti kimi səciyyələndiriblər.

Qeyd edək ki, Azərbaycan, alman, ingilis və rus dillərində Almaniyada nəşr olunan kitabda amazonların - döyüşçü qadınların yaşadığı bölgələr, həyat tərzi, qədim Azərbaycan mifologiyası olan Dədə Qorqud dastanın amazon ruhu haqda maraqlı məqamlar əksini tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR