Bank Of Baku

Basqalda qədim dövrlərə aid hamam və məscid bərpa olunacaq

Basqalda qədim dövrlərə aid hamam və məscid bərpa olunacaq
# 08 dekabr 2011 14:31 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. İsmayıllı rayonunun Basqal qəsəbəsinin qədim görünüşünün bərpası və qorunması üçün bir sıra layihələrin həyata keçirilməsi planlaşdırılır. Belə ki, yaxın vaxtlarda qəsəbədə köhnə hamam və məscid bərpa olunacaq, mehmanxana tikiləcək. APA-nın məlumatına görə, bu barədə məlumat verən rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov bildirib ki, rayonunun Lahıc kəndinə yeni yol çəkilir və növbəti il istifadəyə veriləcək. O deyib ki, İvanovka kəndində çörək zavodu tikilir və bu müəssisə fəaliyyətə başladıqdan sonra İvanovka çörəklərinin Bakıya göndərilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR