Bank Of Baku

Kür və Araz çaylarında suyun səviyyəsi artıb

Kür və Araz çaylarında suyun səviyyəsi artıb
# 09 dekabr 2011 09:07 (UTC +04:00)
Bakı-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Lənkəran-Astara bölgəsi çaylarında sululuq ongünlük normanın 50-90, Böyük Qafqaz çaylarında 95-185, Kiçik Qafqaz çaylarında 130-135, Naxçıvan MR çaylarında isə 85-90 faizini təşkil edir.

ETSN-in mətbuat xidmətindən APA-ya verklən məlumata görə, tranzit çaylarda hazırkı vəziyyət Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 140 m3/s olmaqla, ongünlük normanın 89 faizini (2010-cu ildə 100 m3/s olmaqla 64 faiz) təşkil edir. Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 89 m3/san olmaqla, ongünlük normanın 77 faizi (2010-cu ildə 49 m3/s olmaqla 64faiz) qədərdir.

Kür çayının aşağı axınında vəziyyət isə belədir: Hazırda Surra məntəqəsində suyun səviyyəsi 573 sm (2010-cu il dekabrın 9-da 465 sm), Şirvanda 466 sm (2010-cu il dekabrın 9-da 370 sm ), Salyanda 423 sm (2010-cu il dekabrın 9-da 178 sm ) Bankədə 310 sm (2010-cu il dekabrın 9-da 285 sm), Araz çayının Novruzlu məntəqəsində isə 298 sm (2010-cu il dekabrın 9-da 223 sm) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR