Bank Of Baku

AMEA Mərkəzi Elmi Kitabxanasında Heydər Əliyevin xatirəsinə həsr olunmuş konfrans-sərgi keçirilib

AMEA Mərkəzi Elmi Kitabxanasında Heydər Əliyevin xatirəsinə həsr olunmuş konfrans-sərgi keçirilib
# 09 dekabr 2011 10:11 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Zirvədən zirvəyə və əbədiyyətə" mövzusunda konfrans-sərgi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən MEK-in direktoru Aybəniz Əliyeva-Gəngərli bildirib ki, Azərbaycanın son 30 illik tarixi Heydər Əliyevin adı ilə bağlıdır: “Heydər Əliyev zamanın çərçivələrinə sığmayan bir şəxsiyyətdir. Azərbaycanın dövlət quruculuğu fəlsəfəsi, dövlətçilik ideologiyası məhz onun adı ilə bağlıdır”.

O qeyd edib ki, H. Əliyevin siyasi və dövlət xadimi kimi zəngin irsini əks etdirmək üçün MEK-də “Heydər Əliyev irsinin təbliği şöbəsi” yaradılıb. Şöbə təkcə AMEA-da deyil, ölkənin müxtəlif rayonlarında H. Əliyev irsinin təbliği istiqamətində silsilə tədbirlər həyata keçirir.
Tədbirdə H. Əliyev irsinə aid 1000-dən çox ədəbiyyat sərgilənib və “Heydər Əliyev epoxası” adlı sənədli film nümayiş etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR