Bank Of Baku

Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib

Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib
# 09 dekabr 2011 10:15 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu gün Səbail rayon İcra Hakimiyyətinin (RİH) təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. APA-nın məlumatına görə, tədbirdə Səbail rayonunun rəhbərliyi, idarə və təşkilat, ali və orta təhsil müəssisələrinin, veteran və gənclər təşkilatlarının, rayon ictimaiyyətinin nümayəndələri, din xadimləri, Milli Məclisin üzvləri iştirak edib. Əvvəlcə Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, daha sonra H. Əliyevə həsr olunmuş film nümayiş etdirilib.
Səbail RİH başçısı Asif Əsgərov çıxış edərək Heydər Əliyevin müasir Azərbaycanın tarixində oynadığı roldan danışıb.
Tədbirdə xalq artistləri Mənsum İbrahimov, Alim Qasımov və digər incəsənət xadimləri çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR