Bank Of Baku

Gürcüstanda korrupsiya ilə mübarizəyə həsr olunan regional konfrans keçirilib

Gürcüstanda korrupsiya ilə mübarizəyə həsr olunan regional konfrans keçirilib
# 09 dekabr 2011 10:41 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Dekabrın 7-9-da Gürcüstan paytaxtında prokurorlar üçün korrupsiyaya qarşı mübarizəyə həsr olunan regional konfrans keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbir Gürcüstanın Ədliyyə Nazirliyi, Baş Prokurorluğu, ABŞ-ın Gürcüstandakı səfirliyi tərəfindən təşkil olunub. Konfransda 10-dan artıq ölkənin korrupsiyaya qarşı mübarizə ilə məşğul olan qurumlarının, o cümlədən Azərbaycanın nümayəndələri və bir sıra beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. Azərbaycan Baş Prokurorluğunun Korrupsiyaya qarşı mübarizə idarəsinin prokurorları Vüqar Əliyev və Pərvin Quliyev “Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə sahəsində görülən tədbirlər” mövzusunda təqdimatla çıxış ediblər.

V. Əliyev APA-nın Gürcüstan müxbirinə açıqlamasında son dövrlər Azərbaycanın dinamik iqtisadi inkişafından qaynaqlanan amillərlə əlaqədar korrupsiyaya qarşı mübarizənin yeni vüsət aldığını, mühüm islahatlar həyata keçirildiyini vurğulayıb: “Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə yeni əməliyyat-axtarış səlahiyyətlərinin verilməsi nəticəsində korrupsiya cinayətinin aşkar edilməsi sahəsində son dövrlər uğurlu tədbirlərin görüldüyünü diqqətə çatdırdıq. Korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycanın təcrübəsi tədbir iştirakçılarının marağına səbəb oldu. Sonra biz iştirakçıların suallarını cavablandırdıq.”
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR