Bank Of Baku

“Sağlam ailə sağlam gələcəyin təminatıdır” mövzusunda tədbir keçirilib

“Sağlam ailə sağlam gələcəyin təminatıdır” mövzusunda tədbir keçirilib
# 09 dekabr 2011 11:10 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Nərimanov rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Sağlam ailə sağlam gələcəyin təminatıdır” adlı tədbir keçirilib. APA-nın xəbərinə görə, tədbirdə çıxış edən Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov gənclərin sağlam ailə həyatı qurmaları üçün maarifləndirilməsinin vacib olduğunu deyib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva isə Azərbaycanda aztəminatlı ailələrin həyat səviyyəsinin yaxşılaşdırılması üçün tədbirlər görüldüyünü söyləyib: “Avropada ailə problemləri daha çoxdur. Lakin Azərbaycanda da ailə problemləri mövcuddur. Qızların erkən nikaha daxil edilməsi, oğlanların ailə qurarkən buna məsuliyyətsiz yanaşmaları bəzi problemlərə yol açır”.

Səhiyyə Nazirliyi Elmi-Təhqiqat Mamalıq və Ginekologiya İnistutunun elmi katibi Leyla Məmmədova isə orta məktəb dərsliklərində cinsi yola keçən xəstəliklər, ailənin qurulması, cinsi əlaqə kimi məsələlərə yer ayrılmasının vacib olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR