Bank Of Baku

Uşaq yaradıcılıq mərkəzinin dərnək üzvlərinin əl işlərinin respublika müsabiqəsi qalibləri mükafatlandırılıb

Uşaq yaradıcılıq mərkəzinin dərnək üzvlərinin əl işlərinin respublika müsabiqəsi qalibləri mükafatlandırılıb
# 09 dekabr 2011 11:39 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bu gün Tofiq İsmayılov adına Uşaq Gənclər Yaradıcılıq Sarayının “Uşaq dünyası” rəsm qalereyasında “Uşaq yaradıcılıq mərkəzinin dərnək üzvlərinin əl işlərinin respublika müsabiqəsi” qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. APA-nın məlumatına görə, mərasimdə çıxış edən təhsil nazirinin müavini Qulu Novruzov bildirib ki, müsabiqə nazirliyin müvafiq əmri ilə keçirilib: ”Müsabiqənin keçirilməsində əsas məqsəd istedadlı uşaq və gəncləri üzə çıxarmaq, onların yaradıcılıq potensialını inkişaf etdirmək, məktəbliləri yaradıcılıq dərnəklərinə cəlb etməkdir”.

Nazir müavininin sözlərinə görə, müsabiqə rayon, 2 mərhələdə (şəhər və respublika mərhələləri) həyata keçirilib. Müsabiqənin respublika mərhələsinə 400-ə yaxın əl işi təqdim edilib. Münsiflər heyəti tərəfindən seçim aparıldıqdan sonra 60 qalib müəyyənləşdirilib. Müsabiqədə I, II və III yerləri tutan dərnək üzvlərinə Təhsil Nazirliyinin diplomu və hədiyyələri təqdim edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR