Nazir müavini: “Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının dərsliklərdəki səhvləri ictimailəşdirməsi yox, Təhsil Nazirliyinə bildirməsi daha yaxşı olardı”
Q. Novruzov bildirib ki, Təhsil Nazirliyi (TN) dərsliklərlə bağlı nəinki TQDK-nın, ictimaiyyətin, ziyalıların, müəllimlərin də bu sahədə irad, təklif və rəyini müzakirə etməyə hazırdır: “Azərbaycanda dərslik siyasətini yalnız Təhsil Nazirliyi aparır. Əgər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının da hansısa təklifi və ya iradı varsa, bunları dinləməyə, müzakirə etməyə hazırıq. Nazirlikdə qeyri-hökumət təşkilatlarının nümayəndələri, dərslik müəllifləri və ekspertlərdən ibarət Dərsliklərin Qiymətləndirilməsi üzrə Şura var. Biz çox şad olardıq ki, ora peşəkar iradlar daxil olsun, müzakirə və qəbul edilsin. Biz həmişə bu cür təkliflərlə çıxış edirik”.
Təhsil Nazirliyinin Dərslik və Nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı APA-ya bildirib ki, Təhsil Nazirliyi Azərbaycanda çap edilən dərsliklərin bütün problemləri ilə bağlı məsuliyyət daşıyır: “Təhsil Nazirliyi dövlətin təhsil siyasətini həyata keçirən qurumdur. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası isə tələbə qəbulu ilə məşğul olan təşkilatdır. Hər qurumun öz missiyası var və onu yerinə yetirməlidir”. F. Şahbazlı deyib ki, dərsliklərdəki səhvlər iki dövlət qurumu arasında qarşılıqlı əməkdaşlıq, müraciət və müzakirələr yolu ilə həll edə bilər: “Biz belə əməkdaşlıq həyata keçiririk. Komissiya ötən il nazirliyinin çap etdirdiyi dərsliklərlə bağlı rəylərini bizə təqdim edib. Biz həmin rəyləri müəlliflərlə müzakirə etdik və məlum oldu ki, qeydlərin 60 faizi düzgün deyil. Amma bu il heç bir fikir və rəy bildirməyiblər. İndi bu cür ümumi şəkildə danışmağın nəyə xidmət etdiyini bilmirəm. Təhsil Nazirliyini gözdən salma kampaniyası aparmaq lazım deyil. Texniki qüsurlar test imtahanına dəxli olmayan şeylərdir. Bunları cəmiyyətə faciə kimi təqdim etmək, ajiotaj yaratmaq düzgün deyil”.
“XXI əsr - Təhsil Mərkəzi”nin rəhbəri Etibar Əliyev APA-ya bildirib ki, TQDK ilə Təhsil Nazirliyi dərsliklərin çapı və məzmunu ilə bağlı ortaq məxrəcə gəlməlidir: “Şagirdlər Təhsil Nazirliyinin hazırladığı dərsliklər əsasında proqramı mənimsəməli və qəbul imtahanlarında nəticə göstərməlidirlər. Dərsliklərin məzmunu TQDK-nın hazırladığı test tapşırıqlarını əhatə etməlidir. Ona gərə də dərsliklərin məzmunu və illüstrasiyaları ilə bağlı ortaq məxrəcə gəlməlidirlər. Amma TQDK sədrinin son açıqlaması göstərdi ki, bu iki qurum dərsliklər və onlardakı səhvlərlə bağlı ortaq məxrəcə gələ bilmir. Ona görə də bu cür səhvlər ilbəil təkrar olunur, zərbə isə şagirdlərə dəyir”. E. Əliyevin sözlərinə görə, dərsliklərdəki mövcud nöqsanların aradan qaldırılması üçün iki qurum birgə işçi qrup yaratmalıdır: “Ya da qeyri-hökumət təşkilatlarına dərsliklərlə bağlı monitorinqlər aparmağa icazə verilsin. Dərsliklər ideal olmalıdır. Orada vergül səhvi belə ola bilməz. Monitorinqlər zamanı bütün səhvləri üzə çıxarmaq mümkündür”.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat katibi Elnur Nağızadə isə APA-ya bildirib ki, TQDK sədri Məleykə Abbaszadə orta məktəb dərsliklərindəki səhvlərlə bağlı artıq öz münasibətini bildirib, Dövlət Komissiyası əlavə açıqlamaya hələlik ehtiyac görmür.
Sosial
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib
DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub - VİDEO
Samvel Karapetyan: Ermənistanda küçə mübarizəsi mütləq olacaq
FHN dənli və texniki bitkilərin yanğın təhlükəsizliyi ilə bağlı tədbirlər keçirib - VİDEO
Xəbər Lenti
Qətər İrandan beynəlxalq gəmiçiliyi təhdid edən addımları dayandırmağı tələb edib
Netanyahu: Türkiyəyə F-35 qırıcılarının verilməsi Yaxın Şərqdə qüvvələr balansını pozacaq
Netanyahu Trampla fikir ayrılıqlarının olduğunu etiraf edib
Macarıstanda dövlət televiziyası və radiosunun yayımı dayandırılıb
Tbilisi hava limanı leysan yağışları səbəbindən qismən işıqsız qalıb
DÇ-2026: Argentina millisi 1/4 final mərhələsinə yüksəlib
Çempionlar Liqası: “Sabah” Uelsin TNS komandasını məğlub edib
Bakının Şağan qəsəbəsində quru otluq sahədə yanğın söndürülüb - YENİLƏNİB
Mingəçevirdə 24 yaşlı gənc su anbarında boğulub
Gəncədə yataqxanada baş verən yanğın söndürülüb, bir nəfər xəsarət alıb - YENİLƏNİB-1
Hörmüz boğazında ABŞ İranın buraxdığı PUA-ları məhv edib
Peskov: Rusiya ilə ABŞ arasında münasibətlər sıfır səviyyəsindədir
ABŞ bu il üçün Azərbaycanda maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu açıqlayıb
Niderland və Ukrayna PUA-ların birgə istehsalı barədə saziş imzalayıb
Bakı–Sumqayıt şosesində avtomobil yanıb, yolda sıxlıq yaranıb
Ermənistanda müxalifət lideri Qaqik Tsarukyan iki ay müddətinə həbs edilib
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib
DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub - VİDEO
Ərdoğan və Trampın sədrliyi ilə nümayəndə heyətləri arasında görüş başlayıb
Beynəlxalq Olimpiya Komitəsi Rusiya Olimpiya Komitəsinə tətbiq olunan məhdudiyyətləri ləğv edib
Azərbaycan XİN rəhbəri Zimbabve Milli Assambleyasının sədri ilə görüşüb
Ceyhun Bayramov ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü ilə görüşüb
Ərdoğanla Trampın təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Ukrayna Azov dənizində Rusiyanın "kölgə donanması"na aid 12 gəmini vurub - VİDEO - YENİLƏNİB
Tramp: Qrenlandiya ABŞ-ın nəzarətində olmalıdır
Samvel Karapetyan: Ermənistanda küçə mübarizəsi mütləq olacaq
FHN dənli və texniki bitkilərin yanğın təhlükəsizliyi ilə bağlı tədbirlər keçirib - VİDEO
Azərbaycana qanunsuz yolla xeyli miqdarda dərman və test gətirilməsinin qarşısı alınıb
İtaliyada Rusiyanın xeyrinə casusluqda ittiham olunan iki nəfər saxlanılıb
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb - YENİLƏNİB
Azərbaycanda raket istehsalı sahəsinə ciddi töhfə verəcək müəssisə açılacaq
Rusiya Xarkovu idarəolunan aviasiya bombaları ilə vurub, ölən və yaralananlar var
Tramp: ABŞ Türkiyəyə qarşı sanksiyaları ləğv edəcək
Tramp: Ərdoğan da İranın nüvə silahına malik olmasını istəməz
Oğuzda buğda yüklü TIR yanıb - FOTO - VİDEO - YENİLƏNİB
AZAL Qars şəhərinə uçuşlara başlayır
Marin Le Pen 2027-ci il Fransa prezident seçkilərində iştirak edə bilər
Ərdoğan: Liderlər Zirvəsində F-35-lərlə bağlı müsbət qərar qəbul ediləcəyinə inanıram
Dövlət Komitəsinin sədri I Beynəlxalq İslam Sivilizasiyası Forumunun açılışında iştirak edib
Tramp: NATO sammiti Türkiyədə keçirilməsəydi, yəqin ki, iştirak etməzdim
İyulda pensiyalar və sosial yardımların ödəniləcəyi tarix məlum olub
Tramp: F-35 qırıcılarının Türkiyəyə satılmasını nəzərdən keçirəcəyik
Qırğızıstan paytaxtına uçuşlar dayandırılıb
Azərbaycan Sinqapur vətəndaşları üçün vizasız rejim tətbiq edir
"Rabitəbank"ın Marketinq departamentinə yeni rəhbər təyin olunub
Ceyhun Bayramovla Sinqapur XİN rəhbəri arasında telefon danışığı olub
"Bakı Fond Birjası"nın dövriyyəsi 35% azalıb
İnvestisiya şirkətlərinin dövriyyələrinin həcminə görə renkinqi - I yarımil/2026
Rusiyada daha bir azərbaycanlı diaspor rəhbərinin vətəndaşlığı ləğv olunub