Bank Of Baku

Qarabağ müharibəsində itkin düşən şəxslərin dəqiq sayı açıqlanıb

Qarabağ müharibəsində itkin düşən şəxslərin dəqiq sayı açıqlanıb
# 09 dekabr 2011 12:58 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) siyahısında Qarabağ müharibəsində itkin düşən şəxs kimi 4600 nəfərin adı var. Onlardan 3741 nəfəri Azərbaycandan, 406-sı Ermənistandan, 443 nəfər isə Dağlıq Qarabağdandır. APA-nın xəbərinə görə, bu barədə BQXK-nın Azərbaycan nümayəndəliyinin Müdafiə Proqramı koordinatoru Qvenael Fontana “Beynəlxalq humanitar hüquq və silahlı münaqişələr zamanı jurnalistlərin qorunması” adlı seminarda çıxışı zamanı bildirib.

O qeyd edib ki, bu rəqəmlərin hər birinin arxasında itkin düşən şəxslərin ailələri dayanır: “Bu vəziyyət 20 ildən çoxdur, davam edir, ailələr illərdir, yaxınlarını axtarırlar. Bu, sonu olmayan ağrılı bir prosesdir. BQXK bu prosesdə yardımçı rol oynayır. İtkin düşən şəxslərin taleyi ilə bağlı əsas məsuliyyət dövlətin üzərinə düşür. Dövlətin itkin düşən və vəfat edən şəxslərlə bağlı sistematik, mərkəzləşmiş informasiya toplanılması, itkin düşən şəxslərin talelərinə aydınlıq gətirilməsi və onların əzizlərinə cavab verilməsi üçün bütün mümkün vasitələrdən istifadə edilməsi, bu şəxslərin ailələrinə yardım göstərilməsi kimi məsuliyyətləri var”.

Q. Fontana qeyd edib ki, BQXK 2012-ci ildən itkin düşən şəxslərin ailə üzvlərindən qan nümunələrinin toplanmasına başlayacaq: “Hələ söhbət DNT analizlərinin keçirilməsindən getmir. Hazırda həmin layihələrin həyata keçirilməsinin hüquqi çərçivəsi ilə bağlı danışıqlar aparılır”.

BQXK-nın cəbhə xəttinə yaxın ərazilərdə həyata keçirdiyi layihələrə gəlincə, Q. Fontananın sözlərinə görə, bu il ərzində bu layihələr çərçivəsinə BQXK tərəfindən Ağdam, Füzuli və Tərtər rayonlarının 7 kəndində yaşayan əhaliyə nağd pul şəklində yardımların verilməsinə başlanılıb. İndiyədək 874 ailə bu layihədən bəhrələnib. Bu ilin sonuna qədər layihənin daha 940 ailəni əhatə etməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR