Bank Of Baku

BQXK: 2009-cu ildən 2011-ci ilin birinci yarısına qədər Somalidə 45 jurnalist qətlə yetirilib

BQXK: 2009-cu ildən 2011-ci ilin birinci yarısına qədər Somalidə 45 jurnalist qətlə yetirilib
# 09 dekabr 2011 13:06 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Hər il silahlı münaqişələr zamanı xeyli sayda jurnalist öldürülür və yaralanır. Təkcə 2009-cu ilin 6 ayı ərzində Əfqanıstanda 6 jurnalist öldürülüb. 2009-cu ildən 2011-ci ilin 6 ayına qədər isə Somalidə 45 jurnalist qətlə yetirilib”. APA-nın məlumatına görə, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin mətbuat katibi Şəhla Qəhrəmanova BQXK tərəfindən jurnalistlər üçün təşkil edilən “Beynəlxalq humanitar hüquq və silahlı münaqişələr zamanı jurnalistlərin qorunması” adlı seminarda çıxışında bildirib.

O qeyd edib ki, silahlı münaqişələr zamanı jurnalistlərin öldürülməsi və yaralanması bir tərəfdən onların qaynar nöqtələrdən xəbər vermək istəyinin nəticəsidirsə, digər tərəfdən bu, münaqişələri törədən dövlətlərin öz törətdikləri əməllərin dünya ictimaiyyətinə çatdırılmasını istəməmələrindən irəli gəlir.

Ş. Qəhrəmanova bildirib ki, Cenevrə Konvensiyalarının müvafiq maddələrində həm hərbi, həm də mülki jurnalistlərin müdafiəsi öz əksini tapıb. Cenevrə Konvensiyalarına əsasən, nəinki jurnalistlərə, hətta onların çalışdıqları tikililərə və istifadə etdikləri avadanlıqlara qarşı zorakılıq etmək qadağandır. 1985-ci ildən isə təhlükəli missiya həyata keçirən jurnalistlər üçün BQXK-nın “qaynar xətti” (+41792173285) fəaliyyət göstərir.

Təqdimat zamanı silahlı münaqişə şəraitində fəaliyyət göstərən jurnalistlərin müdafiəsi ilə bağlı bir sıra maraqlı məlumatlar təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR