Bank Of Baku

Memarlıq və İnşaat Universitetində istehlakçı hüquqları mövzusunda seminar keçirilib

Memarlıq və İnşaat Universitetində istehlakçı hüquqları mövzusunda seminar keçirilib
# 09 dekabr 2011 13:19 (UTC +04:00)
Bakı - APA-Economics. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində “Hər bir istehlakçı öz hüquqlarını bilməlidir” mövzusunda növbəti seminar keçirib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə ali təhsil müəssisəsinin 200-dən çox müəllim və tələbəsi iştirak edib.

Seminarda çıxış edən Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Vidadi Quliyev istehlakçıların hüquqlarının qorunması sahəsində mövcud qanunvericilik və bu sahədə görülən işlər barədə məlumat verib.

İstehlakçıların hüquqlarının qorunması istiqamətində Dövlət Xidməti tərəfindən görülən işlər barədə danışan Vidadi Quliyev bu sahədəki çatışmazlıqların aradan qaldırılmasında istehlakçıların maarifləndirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bildirilib ki, Dövlət Xidməti tərəfindən bu ilin yanvar-noyabr ayları ərzində istehlakçıların maarifləndirilməsi məqsədilə 13 adda 150 min ədəd buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair isə 4 adda 600 ədəd yaddaş kitabçası çap edilərək sahibkarlara və istehlakçılara paylanıb.

Sonra Dövlət Xidmətinin şöbə müdiri Zahid Şərifov “Hər bir istehlakçı öz hüquqlarını bilməlidir” mövzusunda məruzə ilə çıxış edib.

Tədbir çərçivəsində seminar iştirakçılarının istehlakçı hüquqları ilə bağlı sualları cavablandırılıb, onlara istehlakçı hüquqlarına dair müxtəlif materiallar paylanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR