Bank Of Baku

Bakıda Alman Dili Tədrisi Mərkəzinin yeni ofisinin açılışı olub - FOTO

Bakıda Alman Dili Tədrisi Mərkəzinin yeni ofisinin açılışı olub - <font color=red>FOTO</font>
# 09 dekabr 2011 13:36 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə - APA. Bakıda Alman Dili Tədrisi Mərkəzinin yeni ofisinin açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan mərkəzin rəhbəri Zəhra Alıyeva Alman Dili Tədrisi Mərkəzinin Almaniyanın Höte adına Dövlət Mədəniyyət İnstitutunun tərəfdaşı olaraq 2009-cu ilin fevral ayından Bakıda alman dilinin tədrisi ilə məşğul olduğunu xatırladıb. O bildirib ki, bütün dünyada bu tipli tədris mərkəzlərində yerli vətəndaşlara alman dili və mədəniyyətini yüksək səviyyədə öyrənməyə imkan yaradılır.

Dil kursları ilə yanaşı, Alman Dili Tədrisi Mərkəzində beynəlxalq miqyasda tanınan Höte sertifikat imtahanları da keçirilir. Bu sertifikatları əldə edən hər şəxs almandilli ölkələrdə təhsilini davam etdirə bilər. Almaniyada yaşayış və işlə təmin olunmaq istəyənlər üçün Höte sertifikatlarını əldə etmək zəruri şərtlərdən biridir.

Tədbirdə çıxış edən Almaniyanın Azərbaycandakı səfirliyinin müavini Piter Ziqler deyib ki, mərkəz alman dili üzrə aparıcı tədris mərkəzinə çevrilib. Onun sözlərinə görə, bu cür tədris müəssisələri iki ölkə arasında digər sahələrdə əlaqələrin genişlənməsinə stimul verir: “Azərbaycanda bu gün bir çox alman şirkətləri çalışır və yaxın gələcəkdə biz müştərək Almaniya-Azərbaycan ticarət palatasının yaradılmasını gözləyirik. Bu mənada almanca bilən Azərbaycan gəncləri özlərinə daha rahat iş tapmaq imkanı əldə edəcəklər”.

Daha sonra mərkəzdə təhsil alan tələbə və pedaqoji heyətin təmsliçiləri öz fikirlərini bölüşüblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR